İmtahan formatı ilə bağlı.
İmtahan 15 sualdan ibarət olacaq – Academstar haqqında, Məntiq və Riyaziyyat, Kompyuter bilikləri (3 bölmə və 5 sual, 5 sualdan 2-si asan, 2-si orta, 1-i çətin) və minimal qiymət hər bölmə üzrə 3 olacaq, ümumi keçid balı isə 15 olacaq və ümumilikdə 10 dəqiqə vaxt veriləcək. İmtahan üçün link 17 noyabrdan 21 noyabradək aktiv olacaq.
Testdən sonra siz müsahibə mərhələsinə dəvət olunacaqsınız. Test üç dildə olacaq – Azərbaycan, Rus və İngilis dillərində.
Sualların növləri.
Bölmə 1. Academstar haqqında.
Bu bölmədə Academstar, onun tarixi, fəaliyyəti, marketinq strategiyası və uğurları haqqında suallar olacaq.
Sual 1. Academstar-ın logosunun ortasında nə yerləşir?
A. papaq B. ulduz C. qarışıq rənglər D. bayraq E. dairə
Bölmə 2. Məntiq və riyaziyyat.
Bu bölmədə bəsit riyazi hesablamalar və məntiqi suallar soruşulacaq.
Sual 1. 400-ün 15 %-i nəyə bərabərdir?
A. 60 B. 75 C. 15 D. 50 E. 60
Sual 2. MONOLITICCANT -> MNLITICCANT -> MNLTCCANT – ?
A. MNLTCCNT B. MNTNT C. MNLTANT D. MNTLNANT E. MN
Bölmə 3. Kompyuter bilikləri.
Bu bölmədə bəsit kompyuter bilikləri və elektron xidmətlərdən istifadə bilikləri ölçüləcək.
Sual 1: Əgər audiofayl ilk dəfə kompyuterdə açmırsa, ilk öncə hansı addımı atmaq lazımdır?
A. Audiofayl üçün uyğun proqram yükləmək
B. Faylı açmaq üçün kompyuterdə olan digər proqramlara baxmaq üçün sıçanın sağ düyməsinə basıb (Open with) və digər playerləri seçmək
C. Videoconverteri açıb formatı dəyişmək
D. Faylı silib, yenidən yükləmək və əlavə flash cardı istifadə etmək
E. Faylın tipini və olçüsünü dəyişmək və yeni ad qoymaq.