Ümumi məlumat
Son bir ay ərzində 500 -ə yaxın müraciət aldıq və seçim prosesinin iki mərhələsindən (test və müsahibə) sonra 20 nəfər üçün təcrübə keçmək qərarına gəldik.Bəziləri iki proqram seçdi. Əsas siyahı budur:
Sahə | Seçilmiş namizədlərin sayı |
IELTS, TOEFL, General English | 3 |
GRE, GMAT və SAT | 5 |
Marketinq / SMM / Satış | 4 |
HR və İnzibati işlər | 4 |
İT və Proqramlaşdırma | 3 |
Mühəndislik Proqramları | 1 |
Xaricdə Təhsil | 4 |
Gender balansı:
Kişilər | 45 % / 9 kişi |
Qadınlar | 55 % / 11 qadın |
Təcrübəçilərə 2 aylıq təcrübə təklif olunur (həm onlayn, həm də ənənəvi olaraq, təcrübəçi ənənəvi qaydada təcrübə proqramına qatılarsa, nəqliyyat xərcləri qarşılanacaq) və ən yaxşı namizədlərə iş yeri təklif olunacaq.
Təcrübələrimiz haqqında daha ətraflı məlumat almaq üçün əlaqə ünvanı - talent@academstar.com.