fbpx

Amerikada Tam Təqaüdlə Təhsil Alın!

Amerikada təhsil almaq sizə də çox uzaq gəlir? Oradakı universitetlərin baha olduğunu düşünürsünüz? Ora müraciət etmək üçün saysız sənəd və sertifikat lazım olduğu qənaətindəsiniz? Ümumiyyətlə Amerikada çox az təqaüd programı olduğunu fikirləşirsiniz?

Academstar bunların sadəcə tabu‘dan ibarət olduğunu izah edir:

İlk öncə niyə Amerikanı seçməli?

Amerika dünyada ən çox xarici tələbənin təhsil aldığı ölkədir və bu qədər tələbənin Amerikanı seçməsinin bir sıra səbəbləri var. Məsələn akademik mükəmməliyyətçilik bunların başındadır, belə ki Times Higher Education sıralaması’na görə ən yaxşı ilk 10 universitetden 8-i məhz Amerikan universitetidir. Mədəni müxtəliflik Amerikanı tələbələr üçün cazibəli edən bir digər səbəbdir, bu torpaqlar fərqli mədəniyyətlərin, etnik kökənlərin və irqlərin ərimə ərazisidir. Bu fərqli əhatə bütün icmalar tarafından qəbul edilməyinizi və diskriminasiyaya yer olmamasına kömək edir. Canlı və enerjili kampus həyatı tələbələrə Amerikan həyat tərzini , əyləncəni və yenilikləri hərtərəfli yaşamağa imkan yaradır. Odur ki Amerikada – fürsətlər ölkəsində bütün bu fərqlilikləri qucaqlayın və özünüzü yeni fikirlərə və yeni insanlara açın. 

Keçək məsələnin Təhsil hissəsinə :

Amerikadakı təqaüdlər hər 3 təhsil pillləsinə yəni Bakalavr,Magistr və PHD səviyyələri üzrə müraciət etmək istəyən tələbələr üçün uyğundur.

Təqaüdlər tələbələri aşağıdakı xərclərdən azad edir:

  • Viza xərci
  • Kompüter və Yaşayış yeri xərcləri.
  • Tam Təhsil haqqı
  • Dərslik xərcləri
  • Gediş-dönüş Aviabiletləri
  • Aylıq təqaüdü
  • Sağlamlıq sığortası

Bəs müraciət ediləcək hansı təqaüdlər var?

  • Fullbright Təqaüd Programı

Amerikada tam təqaüdlü təhsil deyəndə ağla gələn ilk və ən nüfuzlu təqaüd programı Fullbrightdır. Tələbələrin A-dan Z-yə bütün xərclərini qarşılayan bu program haqqında daha ətraflı bu linkə toxunaraq əldə edə bilərsiniz.

  • Stanford Universiteti Təqaüdü

Stanford Universiteti Təqaüdü ABŞ-da tanınmış tam maliyyələşdirilən təqaüd proqramıdır. Knight Hennessy Təqaüd Proqramı adlanan bu program tələbələr Amerikanın məşhur Stanfor Universitetində  100 Tamamilə Xərcləri qarşılanan təqaüd yeri təklif edir. Bu program haqqında daha ətraflı bu linkə toxunaraq əldə edə bilərsiniz.

  • Yale Universiteti Təqaüdü

Amerikada xüsusilə tanınan bir başqa təqaüd qrupu məhz Yale universiteti təqaüdləridir. Niyə Təqaüdləri çünki bu universitet tələbələr birdən artıq təqaüd programı təklif edir və bu təqaüdlərin qarşıladığı xərclər 70 min ABŞ dollarına qədər çıxa bilir. Bu təqaüd programı haqqında öyrənmək istəsəniz sizi bu linkə keçməyə dəvət edə bilərik.

  • New Haven Universiteti Təqaüdü

Yalnız magistr təhsilinə müraciət etmək istəyən tələbələrin müraciət edəcəyi bu program Amerikada çox bilinən bir başqa təqaüd programıdır. New Haven təqaüdü də digərləri kimi tam maliyyələşdirilən programdır.Program haqqında daha ətraflı bu linkdən öyrənin.

  • ABŞ-da Boston Universiteti Təqaüdləri

Siz Boston universitetində bakalavr, magistratura və doktoru pilləsinə müraciət edə bilərsiniz.Boston Universitetinin Qəyyum Təqaüdü və Boston Universitetinin Prezident Təqaüdü kimi iki təqaüd seçimindən xəbərdar olmaq üçün bu link tam sizə görədir.

  • Harvard Universiteti MBA Təqaüdü

Beynəlxalq tələbələr üçün Harvard Universitetinin Təqaüdləri öyrənmə və yaratdığı imkanlar səviyyəsinə görə ən yaxşı biznes təqaüd proqramlarından biridir. Harvard Təqaüdü beynəlxalq tələbələr üçün ABŞ-da Tam Təqaüdlər təklif edir. Əgər siz də təqaüdləri görmək istəsəniz bu linkə toxunun.

  • Gates Scholarships 2023

Gates ABŞ-da 300 beynəlxalq tələbə üçün tam təqaüdlü təhsil şansı təklif edir. Bütün xərclər ABŞ-da qlobal tələbələr üçün Bill Gates təqaüdü ilə qarşılanır. Gates Təqaüdü ABŞ-da təhsil almaq üçün son dərəcə seçici programdır və seçilmək üçün bu linkə göz atmağınız mütləqdir.

  • Hubert H. Humphrey Təqaüd Proqramı

Hubert H. Humphrey Təqaüd Proqramı bir illik məzun səviyyəsində qeyri-dərəcəli akademik kurs işləri və peşəkar inkişaf fəaliyyətləri üçün nümayiş etdirilmiş liderlik potensialına malik orta karyera peşəkarlarını ABŞ-a gətirir. Bu təqaüd programını bir növ fellowship kimi də düşünə bilərsiniz. Daha ətraflı oxumaq üçün bu linkə keçid etməyi unutmayın.

  • AAUW Beynəlxalq Təqaüdü Programı

AAUW Beynəlxalq Təqaüd Programı da öz növbəsində tam təqaüdür və bu təqaüdün spesifik cəhəti xanımlar üçün nəzərdə tutulmasıdır. Təqaüd Magistr, Doctoral, Postdoctoral pilləsində oxumaq istəyən tələbələri $18,000–$30,000 aralığında maliyyələşdirir. Təqaüd haqqında daha çox oxumaq üçün bu link sizi gözləyir.

Biz yazı sizi yormasın deyə daha çox təqaüd yazmağı məqbul bilmirik, lakin Amerikada təhsilə dair əsas maraqlana biləcəyiniz sualları qeyd etmişik.

• Amerikada universitetə müraciət etmək üçün hansı sertikatlar tələb olunmaqdadır?

  • Amerikada universitetlərə müraciət etmək üçün yaxşı olar ki TOEFL sertifikatına sahib olasınız, lakin hazırda əksər universitetlər TOEFL sertifikatı ilə yanaşı digər dil sertifikatlarını da məsələn İELTS,Duolingo və s. qəbul etməkdədirlər. Bundan əlavə isə  SAT, GMAT, GRE sertifikatlar almağınız sizin müraciətiniz üçün önəmlidir. Bundan başqa müraciət zamanı əsas diqqət edilən məqamlardan biri də sizin Akademik məktublarınızdır ki bunların yazımı zamanı xüsusi ilə diqqətli davranmalı , mümkün olarsa mütəxəssis dəstəyindən faydalanmalısınız. Academstar artıq uzun illərdi tələbələrə belə məsələlərdə dəstək verməkdədir və bizə elə indi yazaraq hazırda qüvvə də olan endirim təklifindən yararlana bilərsiniz.

• Amerika səfirliyi axır vaxtlar müraciətçiləri vizadan çox kəsir, birdən o qədər prosesdən sonra vizadan kəsilsəm necə olacaq?

  • Amerika səfirliyinin ölkələrinə qəbul etdiyi insanları xüsusilə seçdiyi artıq heç kəsə sirr deyil. Lakin məsələ Təhsil vizasından gedirsə, Amerikadakı universitetlərdən birinə qəbul olmuş bir şəxsin vizadan kəsilməsi elə də mümkün görünmür. Academstar sizə qəbul aldıqdan sonra edəcəyiniz viza müraciəti zamanı viza dəstəyi verəcəyindən, bizim xidmətimizdən yararlanaraq vizaya dair işlərinizi daha rahat həll edə bilərsiniz.

• Orada Universitetlərin təxmini təhsil haqqları nə qədərdir?

  • Qiymətlər təhsil alacağınız universitetdən, universitetin yerləşdiyi ştatdan asılı olaraq dəyişsə də ümumi olaraq qiymətlərin 6 – 55 min dollar arasında dəyişdiyini deyə bilərik. Yuxarda qeyd etdiyimiz təqaüdlər kimi təqaüdlərin hər hansı birini qazanaraq təhsil haqqından azad ola bilərsiniz.

Biz başa düşürük ki Amerikada təhsil sizə çətin görsənir ancaq bizim bütün prosesə hakim xaricdə təhsil komandamız var və onlar sizin suallarınızı cavablandırmağa sadəcə bir keçid linki uzaqlıqdadırlar. Elə indi bizdən pulsuz konsultasiya rezervi etmək üçün mavi yazıya toxunun və özünüzə uyğun vaxtda bizimlə görüş təyin edin. Qeyd edək ki, 14 iyul – 5 avgust tarixində xaricdə təhsil xidmətlərimizə yazılaraq erkən qeydiyyat endirimindən yararlana bilərsiniz. Endirimli yerlər hər keçən gün dolduğu üçün, yerlər tükənmədən bizə yazmağınızı şiddətlə tövsiyyə edirik.

Bizə buradan yaza bilərsiniz.

en_USEnglish