fbpx

Polşada Təqaüdlə Təhsil almağa başlayın!

Polşada təqaüdlə təhsil ala bilərəmmi? Polşa universitetlərindən qəbul almaq rahatdırmı? Göstəricilərim Polşadan qəbul almağa bəs edərmi? Polşada yaşamaq üçün nə qədər xərcim çıxacaq? Niyə bu qədər insan hər il təhsil almaq üçün məhz Polşanı seçir? Polşanı tələbələr üçün bu qədər cazibəli edən nədir?

Əgər bu suallar sizi də düşündürürsə daha narahat olmayın, Academstar suallarınızı cavablandırır:

• Polşadakı Universitetlərin təhsil haqqları Azərbaycanlı gənclərin ödəmə imkanlarına çox uyğundur.
• Polşa Universitetlərindən qəbul almaq Qərbi Avropa ölkələrinə nisbətən daha rahatdır, bu da risklərin minimuma endirilməsi deməkdir.
• Polşadakı Universitetlərin bəziləri bir çox hallarda qəbul üçün İELTS sertifikatını ya aşağı göstərici ilə də qəbul edirlər ya da ümumiyyətlə İELTS olmadan birbaşa müsahibə yolu ilə tələbələri qəbul edirlər.
• Polşadakı yaşam şərtləri digər Avropa ölkələrinə görə çox daha ucuz, ev və yataqxana qiymətləri çox münasibdir.
• Polşanın ölkəmizdəki səfirliyindən təhsil vizası almaq prosesi rahatdır və viza almaq tələbələr üçün problem yaratmır.
• Polşa Avropa İttifaqı və Şengen zonasına üzv ölkə olduğu üçün oradan Qərbi Avropa ölkələrinə keçid etməkdə heç bir məhdudiyyət yoxdur.
• Təhsil aldığınız dönəmdə və universiteti bitirdikdən sonra iş imkanları çoxdur.
• Universitet diplomları Azərbaycanda və Avropa İttifaqı ölkələri tərəfindən tanınır.

Dünyanın ən yaxşı 500 universiteti siyahısında birdən artıq universitetlə təmsil olunan bu ölkə üçün Azərbaycanlı tələbələrin müraciət edə biləcəyi təqaüd programlarından da bəhs edəcəyik :

1) Visegrad Təqaüdü
2) Stefan Banach təqaüdü (NAWA)
3) Maria Curie-Skłodowska adına təqaüd
4) Universitetlərin özlərinin daxili təqaüd programları ( Mələsən Lazarsky universiteti təqaüdü,Lodz Universitetinin Azərbaycanlı tələbələr üçün 40% təhsil haqqı endirimi və s )

Qeyd etdiyimiz təqaüdlər vasitəsi ilə siz Polşada təhsilinizi tamamilə pulsuz davam etdirə və Avropanın parıldamaqda olan bu ölkəsində yeni həyatınızı qura bilərsiniz.

Bəs bu ölkədə təhsil almaq üçün hansı sənədləri təqdim etməlisiniz?

Polşada bakalavr pilləsində təhsili almaq 3 il, Magistr pilləsi üçün 1.5-2, PHD təhsili isə 3 il çəkməkdədir. Bunlara müvafiq olaraq sizdən tələb olunan sənədlər aşağıdakılar olacaqdır :


• Əvvəlki təhsil dönəminizə aid diplom və ya hələ 4 cü kursdasınızsa transkript (bakalavrlar üçün attestat)
• İngilis dili bildiyinizi təsdiq edən sertifikat
• Motivasiya məktubu
• Tövsiyyə məktubu
• CV və s

Tələb olunan sənədlər müraciət ediləcək universitetə görə bəzi dəyişiklik göstərə bilərlər.

Ümumilikdə isə Polşayla əlaqəli bizdən ən çox soruşulan sualları da buradan cavablayaraq postu yekunlaşdıra bilərik:

• Magistr pilləsinə müraciət üçün minimum nə qədər GPA göstəricisi tələb olunmaqdadır?

  • Polşanı unikal edən səbəblərdən biri də əksər ölkələrdə olduğu kimi 80+ GPA balına ehtiyacınız yoxdur. Polşa universitetlərində təhsil almaq üçün daha aşağı göstəricilərlə də müraciət edə bilərsiniz.

• Minimum İELTS göstəricisi neçə olarsa dəqiq qəbul ala bilərəm?

  • 6.5 və üzəri göstəriciniz varsa dəqiq qəbul ala biləcəyinizi deyə bilərik, ancaq ötən illərdə göstəricisi daha aşağı olan tələbələr üçün də kifayət qədər qəbul almışıq.

• Orada yaşamaq üçün ay ərzində ən az nə qədər xərcim çıxacaq?

  • Ortalama yaşam xərcləri 500-700 avro arasındadır, əlbəttə burada qəbul olduğunuz universitetin yerləşdiyi şəhər, sizin xərcləmə şəkliniz və s-də önəmli faktorlardır.

• Mənim göstəricilərim elə də yuxarı deyil əlavə olaraq da iş təcrübəm də çox deyil, əslində heç yoxdur, yenə də qəbul ala bilərəm?

  • Əlbəttə, Academstar sizin əvəzinizə bütün prosesi aparacaq, eyni təlaşı yaşayaraq bu sualı bizə ünvanlayan digər tələbələr kimi sizi də sevindirəcək. Hazırda aktiv olan Early Bird qruplarına yazılmaqla, xaricdə təhsil xidmətimizdən endirimlə yararlana bilərsiniz.

Yuxarıda bütün sualları qeyd edə bilməyəcəyimizi bilirik, ona görə də sizi ağlınızdakı sualı bizə ünvanlamağa çağırırıq.

Xaricdə təhsilə dair hər hansı sualınız üçün elə indi cümlənin sonundakı mavi butona toxunaraq bizə yazın!

en_USEnglish